23.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Avropanın ən pis KABUSU

21 fev 2025 01:00
DÜNYA
ads
Advertisement

Britaniyanın həftəlik “The Economist” nəşri ötən həftəni “Dəmir pərdənin” süqutundan sonra Avropa üçün ən qaranlıq həftə adlandırıb.

Qutb.az xəbər verir ki, jurnalın üz qabığında Trampla Putinin yan-yana fotosu dərd edilib.

“Ukrayna satılır, Rusiya reabilitasiya olunur və Donald Trampın dövründə müharibə zamanı Amerikanın Avropaya yardım edəcəyinə ümid etmək artıq mümkün deyil”, - nəşr qeyd edir.

Redaksiya heyətinin fikrincə, “Avropanın ən pis kabusu” Trampın Rusiyanı “reabilitasiyası” və ABŞ-Rusiya münasibətlərini bərpa etməsidir.

"Reallıq ondan ibarətdir ki, Avropa borc içində olan, qocalmış bir qitədir, iqtisadi cəhətdən güclə böyüyür və artıq özünü müdafiə edə və ya “sərt güc” layihələndirə bilmir. NATO-nun yoxa çıxmasını təsəvvür etmək çətindir . Amma köhnə getdi. Hər şey yenilənir. Avropa çox gec olmadan buna ayıq nəzər salmalıdır”, - jurnal bildirir.

Reaksiya heyəti Avropanı ABŞ yüngülləşdirsə belə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Avropa banklarında dondurulmuş 220 milyard dollarlıq Rusiya pulundan “dərhal istifadə etməyə” çağırır.

Jurnalın fikrincə, qitənin yeganə nüvə dövlətləri olan Fransa və Britaniya öz çəkindirici qüvvələrindən istifadə edərək qitəni müdafiə mexanizmi ilə bağlı danışıqlara başlamalıdırlar.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur