13.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Atasına Azərbaycan çayı alıbmış...

13 noy 2025 02:00
DÜNYA
ads

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan hərbçi Berkay Karacanın Kırklarelidəki ailəsinə başsağlığı ziyarətləri davam edir.

Qutb.az-ın məlumatına gorə, şəhidin atası Nedim Karaca bildirib ki, oğluyla qəzanın baş verməsindən bir gün əvvəl telefonla danışıb:

“Oğlum mənə dedi ki, "ata, sən çayı sevirsən, sənə Azərbaycan çayı aldım". Amma gələ bilmədi...”

Nedim Karaca, özü də ordu veteranı olduğunu qeyd edib, oğlunun uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu deyib:

“Çox sevirdi işini. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi istəməyə hazırlaşırdı. Deyirdi ki, "ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm". Amma gələ bilmədi. Oğlumun toyunu etməli idim, indi cənazəsini dəfn edirəm.”

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur