03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Rəqsanə öldürülən 3 polisin rəisi ilə bağlı nələr demişdi?

24 iyn 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Bu gün Şüvəlan qəsəbəsində 3 polisin qətlə yetirilməsi Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovu gündəmə gətirib.


QÜTB.AZ Axar.az-a istinadla xəbər verir ki, bir müddət öncə müğənni Rəqsanə Əli İbrahimovla bağlı iddia ilə çıxış etmişdi.


Belə ki, polis rəisi müğənnini məhkəməyə verərək onun Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb etmişdi. Nəsimi Məhkəməsi polis rəisinin iddiasını təmin etsə də, müğənni razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi də Rəqsanə İsmayılovanın şikayətini təmin etməmişdi.


Rəqsanə İsmayılova ötən ilin sentyabrında yaydığı müraciətdə 2015-ci ildə polis rəisindən 412 min manat faizlə borc aldığını və 2017-ci ilə kimi hər ay 12 min dollar ona pul ödədiyini iddia etmişdi.


Müğənni bildirmişdi ki, polis rəisi evini qaytarmaq müqabilində ondan 300 min dollar tələb edib. Müğənni 250 min dollar təklif etsə də, evini qaytarmadıqlarını, əksinə, evin əşyalarını da götürdüklərini demişdi.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur