20.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

ABŞ İrana nə vaxt hücum edəcək? - Trampın qərarı AÇIQLANDI

20 iyn 2025 02:00
DÜNYA
ads
Advertisement

ABŞ Prezidenti Donald Tramp iki həftə ərzində İrana hücum edib-etməyəcəyi barədə qərar verəcək.

Qutb.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Tramp hesab edir ki, Tehranla nüvə proqramı üzrə diplomatik əlaqə şansları var, buna görə iki həftə gözləyə bilər.

“İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – o, Trampın bəyanatını oxuyub.

Qeyd edək ki, bundan əvvəl Tramp İrana zərbələr endirmək ehtimalını istisna etməyib.

İsrail isə ABŞ-ın 24–48 saat ərzində İranı vurmaqla bağlı qərar verəcəyini gözləyir.  Bu barədə adı açıqlanmayan İsrail rəsmisinə istinadən “The Times of Israel” qəzeti məlumat yayıb.

"Gözləntiləri onların qoşulmasıdır, lakin heç kim onları məcbur etmir. Onlar özləri bu barədə qərar qəbul etməlidirlər. Növbəti 24-48 saat ərzində biləcəyik”, - deyə İsrail rəsmisi bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur