09.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Özümə söz vermişdim ki, qalib gələcəyəm

08 noy 2025 23:00
İDMAN
ads

Bu gün çox gözəl gündür. Tatamiyə qızıl medal üçün çıxmışdım. Özümə söz vermişdim ki, qalib gələcəyəm.

 

Qutb.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

 

73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı hər rəqibə qarşı ciddi hazırlaşdığını bildirib: "Rəqibləri zəif və ya güclü deyə ayırmıram. Əsas təzyiq ilk görüşlərdə olur. Finallarda daha rahat çıxış edirəm. Məğlubedilməz insan yoxdur".

 

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. Qeyd edək ki, Hidayət Heydərov ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur