İlham Əliyev: "Helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi"
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Qutb.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.
“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.