31.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Nazirliyin xüsusi təqaüd proqramı: sənəd qəbulu başlayır

27 mar 2025 18:00
MƏDƏNİYYƏT
ads

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 2 aprel 2025-ci il tarixindən etibarən sənəd qəbuluna başlanılacaq.

Qutb.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur