Ən təhlükəli 4 bürc işarəsi! Bu bürclər qorxu yayır...
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub.
Qutb.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, Joni Montiel “Qarabağ”ın sifariş vərəqinə daxil edilib.
İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının “Çelsi” ilə oyununda (2:2) xəsarət alan braziliyalı futbolçu uzun müddətə heyətdən kənarda qalacağı üçün onu Montiel əvəzləyib.
Kadi 2025-ci ildə meydana çıxa bilməyəcək.
Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.
Qeyd edək ki, ilk 4 turda 7 xal toplayan “Qarabağ” növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da oynanılacaq.