11.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

“Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda

11 dek 2025 02:00
İDMAN
ads
Advertisement

“Çox maraqlı oyun alındı. “Qarabağ” baxımlı qollar vurdu. Onların bir çox fürsətləri oldu. Fasilədən sonra hesabda geri düşdük. Geridönüş bizim üçün çətin olsa da, sonda bunu bacardıq”

 

Qutb.az xəbər verir ki, bunu Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının VI tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Niderland təmsilçisinin çalışdırıcısı Ağdam klubunun yaxşı oynadığını bildirib:

 

”Düşünürəm ki, çox yaxşı taktiki sxem seçmişdik. Daha da yaxşı ola bilərdik. Əsas olan bizim istədiyimiz nəticəni əldə etməyimizdir. Çox sevinirəm və hətta təəccüblənirəm ki, bizdə bu qədər güc var idi. Yekun nəticədən məmnunam. İnanılmaz hisslər keçirdik. Oyunçularımız meydançada bir neçə dəfə sürüşürdü. “Qarabağ”da bu, az baş verirdi. Bəlkə də onlar belə hava şəraitinə öyrəşib”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur