22.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Bakıdakı oyun qolsuz başa çatdı

17 fev 2025 23:00
İDMAN
ads

Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

 

Qutb.az xəbər verir ki, bağlanış matçında “Səbail” “ASCO Arena”da “Sabah”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

Hazırda “dənizçilər” 16 xalla sonuncu, “bayquşlar” isə 31 xalla 5-ci sırada qərarlaşıb.

 

“Kəpəz” və “Şamaxı” komandaları arasında keçirilmiş günün ilk oyununda da qalib müəyyənləşməyib - 1:1.

 

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” isə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur