Siqaretlərin qiyməti bahalaşacaq? - Komitə sədrindən AÇIQLAMA
Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
Qutb.az-ın məlumatlna görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.