Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda 3 yaşlı uşağın boğulma faktı qeydə alınmışdı.
Milli.Az