Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə Zəngilan rayonuna yola düşür.
QÜTB.AZ xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.
“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.