İli köhnə olan avtomobillərin NƏZƏRİNƏ!
Fuad Poladovun anım günü
5 may teatr və kino aktyoru Fuad Poladovun anım günüdür.
O, 1948 ci ildə Bakıda dünyaya göz açıb. İncəsənət İnstitunu bitirən Fuad Poladov sənətə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.
Aktyor 1969-cu ildə Akademik Milli Dram teatrında fəaliyyətə başlayıb və burada 20 il çalışıb. 1989-cu idən Rus Dram Teatrında işə başlayan Fuad Poladov teatr və kino sahəsində yaddaqalan obrazlar yaradıb.
Aktyor “Ad günü”, “Atayevlər ailəsi”,” Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Güllələnmə təxirə salınır!”, Qayınana kimi filmlərdə rol alıb.
Fuad Poladov, Lirikpsixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, faciə janrının mahir ifaçılarından olub.
Aktyor 1987 ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Fuad Poladov 5 may 2018 ci ildə Bakıda vəfat edib.
Ziya Muharrem