27.04.24 | Bakı 19.03° C |
11:04:59
Lent :

TBMM sədri: " Can Azərbaycanla əməkdaşlığımız davam edəcək"

16:29 26.10.2023
SİYASƏT
ads
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.

Bu barədə TBMM sədri Numan Kurtulmuş "X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan "iki dövlət, bir millət” anlayışı ilə bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrdə də əməkdaşlığı davam etdirir.

N.Kurtulmuş S.Qafarova ilə görüşü barədə bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı, regiondakı durumu müzakirə ediblər.

Onlar bölgədəki problemlərin tədricən həll olunduğunu vurğulayıblar.

"Həmçinin, Türkiyənin bütün platformalarda qardaş Azərbaycanın yanında olduğunu vurğuladıq. Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”, - N.Kurtulmuş əlavə edib.
TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az