08.05.24 | Bakı 13.03° C |
08:05:15
Lent :

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

10:00 27.04.2024
GÜNDƏM
ads

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının İtaliyada keçiriləcək sammitində iştirak edəcək.

Publika.az xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Roma Papasının G7 Sammitinin süni intellektlə bağlı sessiyasında iştirak edəcəyini bildirib.

Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib. O, pontifikin sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.

Xatırladaq ki, sammit iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada keçiriləcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az