27.04.24 | Bakı 19.03° C |
10:04:56
Lent :

Rusiya fövqəladə hallar naziri FHN-in Akademiyasında

19:00 31.01.2024
SİYASƏT
ads

Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.


Qütb.az xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib.


Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası ilə uğurla əməkdaşlıq etdiyi qeyd olunub.


Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. Nazir Aleksandr Kurenkov Heydər Əliyev Mərkəzində Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.


Səmimi görüşə görə təşəkkürünü bildirən rusiyalı nazir Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az