29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Samirə Bağırova sirləri açdı: “O vaxtdan Tolikdə mənə qarşı...”

30 yan 2024 11:00
GÜNDƏM
ads

Tanınmış psixoloq Samirə Bağırovanın bir neçə gün öncə sosial verilişlərdə iştirak etmək üçün ondan xeyli pul tələb edilməsini ictimailəşdirməsi müzakirələrə səbəb oldu.

O, "Xəzər" telekanalında Lalə Azərtaşın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin verilişi üçün isə 15-18 min manat pul tələb edildiyini açıqladı.

Onun bu fikirlərinə ilk cavab teleaparıcı Tarix Əliyevdən (Tolik) gəldi. O, bu fikirləri tənqid edərək reklam qarşılığında psixoloqdan pul tələb edilməsinin normal olduğunu dedi.

Publika.az yenisabah.az-a istinadən xəbər verir ki, Samirə Bağırovadan Tolikə cavab gecikməyib. O, 2 il öncə Tarix Əliyevin verilişinə dəvət olunsa da, getməkdən imtina etdiyini açıqlayıb:

"Tarix bəy mənim açıqlamama niyə fikir bildirib bilmirəm. Onun adı heç çəkilməyib. Bəlkə də Tarix bəy unudub, amma mən çox gözəl xatırlayıram, 2 il öncə onun köməkçisi mənim assistentimə zəng etmişdi ki, Samirə xanımı verilişimizə dəvət edirik. Mən isə təşəkkürümü bildirib imtina etmişdim. Demişdim ki, verilişə çıxmıram. Bilmirəm bu aqressiya ordan qalıb yaxud başqa yerdən gəlir.

Bu gün zatən Samirə xanımın adı həmişə hallanır, bu özü də reklamdır, amma Tarix bəyə dərin təşəkkürümü bildirirəm ki, mənim adımı çəkməklə ödənişsiz reklam edib, məni tanımayanlar da tanıyıb".

Psixoloq öz sahəsində mübarizə apardığını bildirib:

"Mənim mübarizəm öz sahəmdədir və düşünürəm ki, bu mübarizə sağlam mübarizədir. Mən kitab yazıram, insanları mütaliəyə cəlb etmək istəyirəm. Bu gün gələn adamlar fikrini ifadə edə bilmir, özünü ifadə etmək üçün söz bazası olmur. Mən bunların təbliğatı ilə məşğulam, tədbirlərə gedirəm. Mən gənclərlə işləyirəm, onların televiziyaların təsirinə düşməməsi üçün təbliğat aparıram.

Məni çox adam bəlkə də psixoloq kimi qəbul etmir, çünki mən meydana cinsi tərbiyə mövzusu ilə çıxdım. Baxırdım ki, ciddi-ciddi danışanda kimsə məni dinləmir və cəmiyyət üçün nə isə bir şou yaratmalısan. Mən bu şəkildə gəldim ki, fikirlərimi izah edə bilim.

Bir ölkə üçün onun mədəniyyəti və incəsənəti çox önəmlidir. Və biz çox bərbad vəziyyətdəyik, xaosdur. Mən heç bir seçkidə iştirak etməyəcəyəm. İstər millət vəkili, istər digər seçkilər olsun. Nə vaxt ki, məmurlar mədəniyyət, incəsənətlə bağlı tədbir görəcəklər, o zaman fikir bildirəcəyəm. Çünki mənim zamanım gedir".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur