Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən QÜTB.AZ-a verilən məlumata görə, Sumqayıt şəhərində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb və onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib.
Şəhər ərazisində keçirilən profilaktik tədbirlərin davamı olaraq avtomobili spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən və sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən aşkarlanıblar.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.