“Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi göstərdi ki, Rusiya danışıqlara hazırdır, lakin öz şərtləri ilə”.
Publika.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
Onun sözlərinə görə, fakt budur ki, rusları döyüş meydanında məğlub etmək mümkün deyil.
Müsahibənin Karlsonun özü üçün əhəmiyyətini şərh edən Simonyan, jurnalistin böyük siyasətlə məşğul olmağı hədəflədiyini irəli sürüb. Onun sözlərinə görə, jurnalistin Rusiya prezidentinə verdiyi suallar məhz “rəqibləri təpikləmək” üçün səsləndirilib.
Qeyd edək ki, Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsini dərc edib.