İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.
QÜTB.AZ xəbər verir ki, ölənlər 22-40 yaş arasında olan şəxslərdir. Onlar etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.
Ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır. 16 nəfərə dializ xidmətləri göstərilib.