Ən çox sevilməyən 3 bürc AÇIQLANDI
12 fərqli bürcün bəyənmələri və bəyənməmələri bir o qədər fərqlidir. Halbuki bu üç bürc ümumi xüsusiyyətlərinə görə cəmiyyətdə ən çox bəyənilməyənlər hesab edilir.
Araşdırmaya görə, ən çox bəyənilməyən bürclər siyahısında “Əkizlər, Əqrəb və Qız” ilk sıradadır.
ƏKİZLƏR
Əkizlər bürcünün cəmiyyət tərəfindən bəyənilməməsinin səbəbi, çox enerjili və əyləncəli olmalarına baxmayaraq, cəmiyyət tərəfindən ikiüzlü, ardıcıl olmayan, qərarsız və daim danışan biri kimi görünmələridir. Əkizlərin dəyişkən qərarları və əhvalları insanlarda yorucu təsir bağışlayır.
ƏQRƏB
Əqrəb bürcü siyahıda ikinci yeri tutur. Əqrəblər kinli, hiyləgər, şıltaq və inadkar olaraq görülür. Əslində kifayət qədər uğurlu və yardımçı olan bu bürcdən olan insanlar ambisiyaları və qısqanc təbiətləri ilə cəmiyyətdə sevilməyən bürclər sırasındadırlar.
QIZ BÜRCÜ
Qız bürcü ən bəyənilməz bürclər siyahısında üçüncü yerdədir. Təfərrüat yönümlü və vasvası olan Qız bürclərinin hər dost çevrəsində olmaq istənilsə də, yaxın çevrədə olduqları zaman bezdirici ola bilərlər. Narazılığı ilə tanınan Qızlar hər şeyin mükəmməl olmasını istədikləri və daim tənqid etdikləri üçün bir çox insanlar tərəfindən bəyənilmir.