29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Təhlükəli epidemiya sürətlə yayılır: Türkiyə də hərəkətə keçdi

18 iyn 2024 13:00
SƏHİYYƏ
ads

Avropanı yeni epidemiya ilə bağlı təşvişə salan və qızdırmalı xəstəliklərə səbəb olan “Asiya pələng ağcaqanadı” sürətlə yayılmağa başlayıb.

Publika.az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə türk mütəxəssis Mine Işık Arıgün bildirib ki, turistlərin sayının artması səbəbindən bu xəstəliklərin Türkiyəyə də yayılma ehtimalı ola bilər.

O, Türkiyənin xüsusilə Avropa bölgəsindən çox sayda turist qəbul etdiyini bildirib: "Bu ağcaqanadlar dang qızdırması, Zika virusu və malyariya kimi viral infeksiyaların ötürülməsinə səbəb olur. Zika virusu illər əvvəl ABŞ-da ciddi epidemiyaya səbəb olmuşdu. Hamilə qadınlar bətndə uşaqlarını itirirdilər”.

Arıgün xəbərdarlıq edir ki, bu xəstəliklər hərarət, halsızlıq, ürəkbulanma, qusma və ishal ilə başlayır: "Bu risk artıq Kiprə də çatıb. Bizə çatması an məsələsidir. İnsanların qapalı mühitlərdə kondisionerdən istifadə üçün çox bir yerdə olması riski artırır".

Mütəxəssis Avropa və Aralıq dənizindən gələn insanların ən azından hava limanlarında hərarətlərini ölçmələri və ümumi müayinələrdən keçmələrinin çox vacib olduğuna da diqqət çəkib.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur