"Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salah şahmata olan böyük marağından danışıb.
Publika.az xəbər verir ki, Salah bu barədə klubun mətbuat xidmətinə danışıb.
"Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salah şahmata olan böyük marağından danışıb.
“Bunun necə baş verdiyini dəqiq bilmirəm. Yalan demirəm, amma bu doğrudur. Mən buna dəlicəsinə aludə olmuşam. Demək olar ki, hər gün oynayıram. Ən azı yeddi-səkkiz oyun. Bəzən daha çox.
Bu oyunda inkişaf edib-etməyəcəyini bilmirəm, amma sizi strateji düşünməyə məcbur edir. Necə olduğunu dəqiq bilmirəm, amma həqiqətən hiss edirəm ki, mən şahmat oynamağı sevirəm”, - Salah deyib.