Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 607,97 milyona çatıb.
Qutb,az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6,5 milyon nəfərdən çoxdur.
Otuz milyondan çox yoluxma hallarının olduğu ölkələr sırasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.