02.12.24 | Bakı 8.03° C |
10:06:25
Lent :

Trampın dünyaya nizam və ədalət gətirəcəyini düşünənlər "axmaqcasına" səhv edirlər - RƏY

07 noy 2024 14:27
SİYASƏT
Özəl xəbər
ads
Advertisement

"Donald Trampın Prezident seçilməsi dünya nizamının və beynəlxalq münasibətlər sisteminin, eyni zamanda dünyanın bölüşdürülməsi kimi həssas məqamda baş verir. Ancaq Trampın hakimiyyətə gəlməsi qlobal səviyyədə dünya nizamına müsbət nəsə verməyəcək".


Bu sözləri QÜTB.AZ-a açıqlamasında politoloq Natiq Miri söyləyib. Politoloqun sözlərinə görə, Donald Trampın fəlsəfəsi yalnız mənfəətə söykənir:



"Tramp növbəti bir "dəli"dir. Nəzərə alın ki, irqçidir. Ağ dərili insanlara xüsusi önəm verir və onların digər irqlərdən üstün üstünlüyünü düşünən bir zehniyyətə məxsusdur. Paralel olaraq Co Bayden hakimiyyətindən, demokratlardan fərqli olaraq Bayden daha çox Amerikanın mənfəətini düşünən bir şəxsiyyətdir. Unutmayın ki, Tramp həm də bir biznesmendir. Yəni, bir işdə mənfəəti olmasa, Trampın o siyasətə üstünlük verməsi və investisiya qoyması mümkün deyil. Bu baxımdan Bayden hakimiyyəti kimi bütün regionlara burnunu soxacağını düşünmürəm. Ayrıca bütün regionlarda dominantlığını saxlamaq üçün gərək həmin regionlarda olan ölkələri yemləyəsən. Tramp belə bir siyasətə üstünlük vermir. Daha çox ABŞ-ın iqtisadi cəhətdən güclənməsi, iqtisadi qüdrətini artırmağa yönəlik siyasət yürüdür. Donald Tramp miqrasiya siyasətində də barışmaz bir siyasət yürüdür. Düşünür ki, Amerikalılardan fərqli olaraq Amerikaya gəlmək istəyənlər qat-qat aşağıdır. Buna görə də o, kütləvi olaraq insanların Amerikadan çıxarılması və buraya gəlişinin qarşısını almağa çalışır".




Natiq Miri deyir ki, qlobal güclər Baydenin dönəmindən fərqli olaraq daha rahat nəfəs ala bilsə də, iqtisadi məsələlərdə ABŞ-la problemlər yaşanacaq:


"Çünki Tramp birinci hakimiyyəti dönəmində bir çox strateji məhsulların Amerikaya idxal olunmasında həmin ölkələrə qarşı vergi rüsumunu artıran bir prezidentdir. Bu da daxili iqtisadiyyatı və istehsalı stimullaşdırmaq xarakteri daşıyır. Eyni zamanda hətta ABŞ investorlarının istehsalı digər ölkələrdə stimullaşdıran Amerika biznesmenlərinin geriyə qayıdıb, bu istehsalı ABŞ-da davam etdirməsinin tərəfdarı olan Prezidentdir. Donald Tramp müharibə tərəfdarı olmayan bir Prezidentdir".


Şərhçinin fikrincə, Trampın dünyaya nizam və ədalət gətirəcək şəxs olduğunu düşünənlər "axmaqcasına" səhv edirlər:


"Baydenin dönəmində 2 müharibə başladı ki, bu da qlobal bir müharibəyə, hətta nüvə müharibəsinə qədər prosesi inkişaf etdirmə təhlükəsi ilə dünyanı üz-üzə qoydu. Amma Donald Trampın belə bir şansı var ki, müharibələri bitirəcək bir Prezident kimi ABŞ tarixinə düşə bilər. Donald Trampın "ədalət" anlayışı, ədalət anlayışına tamamilə tərs mütənasibdir. İnsan əxlaqına malik olmayan birindən qlobal səviyyədə nizam və ədalət gözləmək, yalnız özünü aldatmaqdır".

Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur