03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ənənəvi Çin təbabətinin faydaları: Görün nələri müalicə edir

30 dek 2024 14:00
GÜNDƏM
ads

Qış mövsümü ilə birlikdə qrip, soyuqdəymə kimi xəstəliklər də artır. Bu xəstəliklərdən qorunmaq üçün təbii üsullara üstünlük verilə bilər.

QÜTB.AZ xəbər verir ki, çinlilərin təbii dərmanı olan bu qarışıq qış aylarında xəstəliklərdən qorunmağa kömək edir.

Çin təbii dərmanı və onun faydaları:

Çin təbabətində təbii dərman sayılan bu üsul portağalların şəkərlə qaynadılmasından ibarətdir. Qışda xəstəliklərdən qorunmağın əsas yolu sayılan bu üsulu əldə etmək üçün əvvəlcə portağalı yarıya bölün. Sonra portağalın açıq hissələrinə şəkər tökün. İstəyirsinizsə, bu mərhələdə şəkər yerinə balı da seçə bilərsiniz. Sonra kiçik bir qazanda suyu qaynadın. Portağalları qaynar suya atın və 3 dəqiqə qaynadın. 3 dəqiqədən sonra qarışığın suyunu içə bilərsiniz.

Portağalları şəkərlə qaynatmağın əsas faydası boğazın qıcıqlanmasını aradan qaldırmasıdır. Bu üsul qış aylarının ən çox şikayət edilən problemi olan quru öskürəyin də aradan qaldırılmasına kömək edir. Bundan əlavə, portağalı şəkərlə qaynadıb içdikdə qısa müddətdə boğaz ağrılarından xilas ola bilərsiniz. Bu qarışım müntəzəm olaraq istehlak edildikdə, qış aylarında da immuniteti gücləndirir. C vitamini ilə zəngin qarışığı sayəsində xəstəliklərdən qoruna bilərsiniz.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur