Şimali Koreya Cənubi Koreyaya zibillə doldurulmuş 150-dən çox hava şarı göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Seulun Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Hərbçilərin məlumatına görə, şarlar ölkənin müxtəlif yerlərində görünüblər. Hava şarlarının içərisində müxtəlif zibil tullantıları: plastik butulkalar, batareyalar, ayaqqabı hissələri, hətta peyin belə olub.
Hərbçilər ətraflı təhlil üçün qalıqlardan nümunələr toplayıblar.
"Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Qeyri-insani və vulqar hərəkətlər dərhal dayandırılmalıdır”, - məlumatda deyilir.
Qeyd olunub ki, onlar da zibillərin səpələnməsinə oxşar şəkildə cavab verəcəklər: “Tullantı kağızı və zibil tezliklə Şimali Koreyaya səpələnəcək. Onlar bunu təmizləmək üçün nə qədər zamanın lazım olduğunu başa düşəcəklər”.
Cəmilə