Uzun müddət davam edən araşdırmalardan sonra elm adamları infarktları proqnozlaşdırmaq imkanı əldə ediblər.
Publika.az xəbər verir ki, alimlər qəfil ürək ölümünü proqnozlaşdırmağa imkan verən və infarkt nəticəsində yaranan ölümləri əhəmiyyətli dərəcədə azalda bilən alqoritm hazırlayıblar.
Alqoritm xəstənin anamnezini, genetik faktorlarını və müxtəlif sağlamlıq parametrlərini təhlil edərək ani ürək ölümü riskini hesablaya bilir. Tədqiqat aparan alimlər alqoritmi hazırlamaq üçün çox böyük verilənlər bazasından istifadə ediblər. Daha əvvəl ani ürək ölümü keçirmiş xəstələr və sağlam fərdlərin məlumatlarını bir araya gətirən bu alqoritm risk faktorlarını və risk balını hesablayır.
Alqoritmin ən mühüm xüsusiyyətlərindən biri odur ki, o, təkcə riski proqnozlaşdırmaqla yanaşı, risk faktorlarını da müəyyən edir. Bu sayədə həkimlər xəstələrin infarkt təhlükəsindən uzaq durmaq üçün nə etməli və etməməli olduqlarını müəyyən edə bilirlər.
Aysel Şahmar