27.04.24 | Bakı 11.03° C |
07:04:30
Lent :

3 həftədirki koronavirusa yoluxanların sayı artır

06:54 24.10.2022
SƏHİYYƏ
ads

Dünyada həftə ərzində yeni koronavirusa yoluxma hallarının sayı 3,1 milyon nəfər artıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,1 milyon nəfər çoxdur.

Qutb.az xəbər verir ki, bu, TASS-ın hesablamalarına əsasən məlum olub.

Qeyd olunub ki, virusa yoluxma halları on həftəlik azalmadan sonra ardıcıl üçüncü həftədir ki, artır.

Ən yüksək yoluxma Avropada qeydə alınıb. Birinci yerdə hər gün təxminən 120 min insana koronavirus diaqnozu qoyulan Almaniyadır, lakin bu, bir həftə əvvəlkindən 15% azdır.

Fransada koronavirusa yoluxma yüksək səviyyəyə çatıb. Üçüncü həftədir ki, ölkədə gündə təxminən 60 min yeni yoluxma faktı aşkarlanıb. Yunanıstan və İsveçrədə yoluxma faktı hələ də yüksəkdir.

Asiya və Amerikada isə yoluxanların sayında ciddi azalma var. Belə ki, ABŞ-da mart ayından bəri ilk dəfə olaraq gündə 20 mindən az yoluxma aşkar edilib. Meksikada da rəqəmlər yaz minimumuna düşüb. Braziliyada da infeksiyanın yayılma sürəti aktiv şəkildə azalıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    11.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az