02.12.24 | Bakı 8.03° C |
10:06:25
Lent :

Gözlər qəlbin aynasıdır...

05 apr 2024 18:01
MƏQALƏLƏR VƏ ŞEİRLƏR
Özəl xəbər
ads
Advertisement

Göz insan orqanizmində vacib orqanlardan biridir. Son dövrlər bütün yaş təbəqələrindən olan şəxslərdə göz zəifliyi müşahidə edilir. Görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir. Yəni biz əslində gözümüzlə deyil, beynimizlə görürük. Gözün optic systemi isə  gözə düşən işıq şüalarını sındıraraq torlu qişaya çatdırır. Normada  yığılan şüalar torlu qişanın üzərinə düşməlidir. Əgər şüalar torlu qişadan öndə və ya arxada yığılırsa zəif görmə əmələ gəlir. Bəs bir çox adamı əhatə edən bu zəifgörmənin səbəbi nədir? Bəziləri yaxını bəziləri isə uzağı görməkdə çətinlik çəkirlər. Elə zəifgörmə deyən kimi hər kəs bir ağızdan deyəcək ki, buna əsas səbəb elə telefondan çox istifadədir. Mən də sizinlə həmfikirəm. Elə Tolido unuversitetindən olan Amerika alimləri də bizimlə razıdılar. Onlar mobil telefonun görmə qabiliyyətinə vurduğu ziyanlarını sübuta yetiriblər. Alimlərin iddiasına görə, ekranın göy fon rəngi görmə qabiliyyətini zəiflədir. Bunun səbəbi retinanın hüceyrələrində təsiri altında retinal zəhərli formalarının meydana gəlməsidir. Mütəxəssislər hesab edirlər ki, yaş artdıqda damarların quruması baş verərək görmə qabiliyyətini pisləşdirir. Lakin göy, bənövşəyi və mavı rənglər bu prosesi daha da tezləşdirir. 


Niyə məhz çox oxuyan uşaqlarda  gözlər zəifləyir? Mütəxəssislərin sözlərinə görə bu yaşlarda yaxındangörmə əmələ gəlir ki,buna da yalançı miopiya deyirik. Əslində isə bu akkomadasiyanın spazmıdır. Bu zaman yaxına baxarkən yığılan əzələ uzağa baxdıqda boşala bilmir və belə insanlar uzağı pis görür. Belə adamlarda  bas ağrıları şəklində şikayətlər meydana çıxır. Amma belə hallarda  qəti eynəklərdən istifadə etmək olmaz, baxmayaraq ki, bəzi eynəklərlə görməni korreksiya etmək mümkün olur. Bu görmənin daha da aşağı düşməsinə səbəb ola bilər. Belə halda mütləq həkim – oftalmoloq görməni yoxladıqdan sonra bəbəyi genəltməli və yalnız əzələlərin tam  boşalmasından sonra müayinəni təkrarlamalıdır. Onu da qeyd etməliyəm ki,uşaqlarda və yeniyetmələrdə zəiflik hiss olunarsa vaxtıda eynək təyin ounmalıdır. 



Oftolmoloqların sözlərinə görə bütün göz xəstəliklərinin sayı artıb. Ola bilsin ki, müasir diaqnostikalar daha dürüstdür deyə nəticə belədir, amma yenə göz xəstəliklərinin hamısında artım müşahidə edirik.

Bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetin, uşaqlarda anadangəlmə qlakoma, retenoblostoma, anadangəlmə kataraktaların sayı artıb.


Bizim üçün göz çox vacibdir. Ona görədə gözlərimizi qoruyaq və qeydinə qalaq...


Məmmədova Kubraxanım

Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur