28.04.24 | Bakı 25.03° C |
18:04:26
Lent :

Bu gün şəhid Mir Həmid Qasımlının mövlududur!

22:59 29.09.2023
MƏQALƏLƏR VƏ ŞEİRLƏR
ads

Bu gün 44 günlün vətən müharibəsi şəhidi Mir Həmid Qasımlının mövlud günüdür. 


Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 


Mir Həmid Qasımlı 2017-2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb başa vurmuşdur. 


Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb Sentyabr ayın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Cəbrayıl və Füzuli - Xocavənd rayonları istiqamətində döyüşmüşdür. 


Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. 


Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə , "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.


TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    25.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az