13.05.24 | Bakı 18.03° C |
05:05:11
Lent :

Sədərəkdə sursat partladı: 2 nəfər həlak oldu

18:00 28.04.2024
HADİSƏ
ads

Cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az