13.05.24 | Bakı 18.03° C |
03:05:39
Lent :

Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli oldu

18:00 28.04.2024
İDMAN
ads

Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.

Publika.az xəbər verir ki, "Qəbələ" elita ilə vidalaşmalı olacaq.

XXXII turda evdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar"ın çempionatda sonuncu-onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

"Kəpəz" sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. "Qəbələ"nin 17 xalı var.

Qeyd edək ki, XXXII turun "Neftçi" - "Turan Tovuz" və "Sumqayıt" - "Qarabağ" matçları bu gün keçiriləcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Kategoriyalar

    Qutb.az