13.05.24 | Bakı 16.03° C |
10:05:26
Lent :

“Yunayted” onu şirnikləndirir: 80 milyonluq təklif

18:00 28.04.2024
İDMAN
ads

Bu yay “Mançester Yunayted” “Barselona”nın 25 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxonu almaq niyyətindədir və onun üçün 80 milyon avrodan çox təklif etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, son bir neçə həftədə “qırmızı şeytanlar” uruqvaylı futbolçuya marağı daha da artırıb. Vurğulanır ki, Arauxo hazırda Kataloniya klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır, lakin İngiltərə klubu daha əlverişli maliyyə şərtləri təklif edir.

Xatırladaq ki, Arauxo bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib və bir qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az