13.05.24 | Bakı 17.03° C |
00:05:48
Lent :

Rihanna stilinin dəyişməsindən danışdı: "Ana olandan sonra..."

18:00 28.04.2024
GÜNDƏM
ads

Rihanna qara saçlarını yenidən sarıya boyatmasının və stilini dəyişməsinin səbəblərini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda Los-Ancelesdə Rihannanın kosmetik markası "Fenty Beauty"nin buraxdığı yeni məhsulların təqdimat mərasimi olub. Sənətçi bu barədə tədbirdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Müğənni fotoqrafların qarşısına "Alexander McQueen"dən xüsusi qum rəngli dar paltar və kəmərli səndəllərdə çıxıb. Rihanna bildirib ki, analıq onun geyim tərzinə böyük təsir edib.

"Ana olanda üslubun darıxdırıcı və "gəlin görək ölçülərimizə nə uyğun gəlir"dən “bu gün mən ifritəyə oxşayacağam” tərzinə keçir. Hərdən özünə xatırlatmalısan ki, hələ də buradasan”, - müğənni "Extra"ya müsahibəsində deyib.

O, mayın 6-da baş tutacaq Met Gala kostyum balına da kifayət qədər sadə bir şəkildə gələcəyini etiraf edib.

Rihanna uzun müddətdir ki, niyə yeni musiqilər buraxmadığını da açıqlayıb. Müğənni sadəcə olaraq hər şeyin mükəmməl olmasını istədiyini deyib: "Mən musiqini hiss etməliyəm, uzun fasilə inkişafımı əks etdirməli, böyüdüyümü göstərməlidir. Mən musiqi ilə oynamaq, əylənmək və həqiqətən kim olduğumu göstərmək istəyirəm".


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az