27.04.24 | Bakı 26.03° C |
13:04:47
Lent :

"Bu Şəhərdə Kimsə Yoxdur" romanında maraqlı məqamlar

17:06 12.03.2024
MƏDƏNİYYƏT
Özəl
ads

Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" psixoloji romanında müxtəlif müəlliflərə aid işlənmiş aforizmlər: 


"Çoxları cəsarətsizlik üzündən etmədikləri hərəkətlə görə əvəz ödəməli olurlar".


Veslav Brudzinski


"Aldığım ən böyük dərs bundan ibarətdir: susuzluğu yatırmaq üçün suyu və(ölməməyə kifayət edəcək qədər) yeməyi olan insanın nəyəsə görə şikayətlənməyə əsası yoxdur". 


Eddi Rikenbaker(Sakit okeanda iyirmi dörd gün ac və susuz qalmış məşhur amerikalı təyyarəçi)


"Niyyətin pisliyi bərəkətin aradan getməsinə səbəb olar".


Əli İbn Əbu Talib


"Təsadüf-Tanrının hadisələrin altında öz adı ilə imza çəkmək istəməyəndə istifadə etdiyi gizli təxəllüsdür".


Anatol Frans


"Məhəbbət, demək olar ki, əksər kişi və qadınlar üçün bütün həyat boyu əzab verən tənhalıqdan qurtulmağın əsas yoludur". 


Bertran Rassel


"Ailə həyatında ən başlıca amil səbirdir. Məhəbbət çox davam edə bilmir". 


Anton Pavloviç Çexov


"Nikah xoşbəxt olmağı bacaranların xoşbəxtliyinə maneə olmur. Dəyərlərinə isə şikayətlənmək üçün bir bəhanə verir".


Jan Rostan


Mən diqqət etmişəm ki, abort dəstəkləyənlərin hamısı artıq dünyaya gəlmiş insanlardır". 


Ronald Reyqan


"Əgər insanlar arasında məhəbbət yoxdursa, o zaman mütləq nifrət əmələ gələcək". 


Mo Çzı


"Yaşlıların müqəddəratı cavanlıqlarını xərclədikləri şeydən asılıdır". 


Stendal


"Heç kim ölmək istəmir. Hətta göylərə getmək istəyən insanlar belə. Bununla belə, ölüm hər birimizin təyinatıdır. Heç kim heç bir zaman ondan qaça bilməyib. Bax, belə də olmalıdır. Çünki ölüm, həyatın ən yaxşı kəşfidir".


Stiv Cobs


"Əgər dərman varsa, o zaman narahat olmağa dəyməz. Əgər dərman yoxdursa, o zaman da narahat olmağa dəyməz".


XIV Dalay Lama


"Qorxduğun şeyi et və sən öz qorxunu öldürəcəksən!"


Mark Tven


"Qətiyyətsiz olduğun anlar cəld hərəkət et və ilk addımı atmağa çalış, bu addım yanlış olsa belə".


Lev Nikolayeviç Tolstoy


"Həyatda, şübhəsiz, yalnız bir xoşbəxtlik var-digəri üçün yaşamaq".


Lev Tolstoy


"Atanın övladına olan məhəbbəti insanın özünə olan məhəbbətindən heç nə ilə fərqlənmir".


Vovenarq


"Tanrı qarşısında diz üstə dayanmış insan barmağının ucunda dayanmış bütün aləmin gördüyündən də uzağı görə bilər".


Con Vesli


Melanxolik tutma zamanı özünü saxlaya bilməyərək intihar edən insan, əgər bir az gözləməyə səbri çatsaydı, sabah yaşamaq istəyəcəkdi".


Volter


"Allah insanlara bağışlamağı əmr edir, cəmiyyətə isə cəzalandırmağı göstəriş verir". 


Lui Qabriel Ambruaz de Bonald


"Yalnız həyat var, və başqa heç nə. Mövcud olan hər nə varsa, yalnız həyatın işığında mövcuddur".


Serqey Hikolayeviç Bulqakov 


"Həyatın ilk və son günü arasında olan məsafə dəyişkən və naməlumdur. O məsafəni əgər yolun çətinliyi ilə ölçsək, o, hətta uşaqda belə böyükdür. Əgər onu hansı sürətlə gedilməsi ilə dəyərləndirsək, hətta ən yaşlı adamda belə qısadır". 


Lutsi Anney Seneka 


"Həyatın necə qısa olduğunu anlamaq üçün çox yaşayıb, qocalmaq lazımdır". 


Artur Şopenhauer


Günel Ayxan

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az