04.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi

02 iyn 2025 11:00
İQTİSADİYYAT
ads
Advertisement

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.

Bu barədə Qutb.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.

Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur