Ən çox eqoya malik 3 bürc! Onlar eqonun dibidir...
Ekspert: Builki dövlət büdcəsində neftin orta qiyməti risklidir
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,54 ABŞ dolları, yaxud 0,73 % artaraq 74,7 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,28 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Bu barədə QUTB.AZ-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, builki dövlət büdcəsində neftin orta qiymətini riskli sayır:
"Əsas odur ki, artıq müəyyən müddətdir, qiymətlər 70-80 dollar arasında hərəkət edir. Builki dövlət büdcəsində neftin orta qiyməti bir az risklidir. Gələn il üçün də neftin qiymətləri eyni intervalda gözlənilir. Neftin qiymətinə artırıcı təsir Yaxın Şərqdəki gərginlik, azaldıcı təsir isə bu gərginliyin azalması, eyni zamanda Amerikada neft hasilatıdır".
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.