Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 17 radələrində Səbətlər kənd sakini Xudayar Allahverdiyev yaşadığı evdə təmir-bərpa işləri apararkən yıxılıb.
Belə ki, Rusiya vətəndaşı olan 1965-ci il təvəllüdlü X.Allahverdiyev yaşadığı fərdi yaşayış evinin dam örtüyünü sökən zaman tavan çöküb. Bu səbəbdən o yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az