27.04.24 | Bakı 26.03° C |
13:04:22
Lent :

Zorlamaya görə həbs edilən yoldaşlarından danışdı: Qızıma qarşı da belə etsəydilər...

16:00 29.03.2024
İDMAN
ads

"Fluminense"nin futbolçusu Felipe Melo Braziliya millisindəki sabiq komanda yoldaşları - Dani Alveş və Robinyo barədə danışıb.

Publika.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi veteran futbolçuların törətdiyi əməllərə görə cəza çəkməli olduqlarını bildirib:

“Mənim 15 yaşlı qızım var. Qızıma qarşı da belə etsəydilər, mən şübhə edirəm ki, burada olub sizə bu müsahibəni verərdim. Onlar etdiklərinin əvəzini ödəməlidirlər. Bu, başqalarına bunu etməmək üçün dərs olmalıdır”.

Xatırladaq ki, bir müddət əvvəl “Real”, “Milan” və “Mançester Siti” klublarının sabiq hücumçusu Robinyo Tremembe həbsxanasına aparılıb və orada qrup halında zorlamada təqsirli bilinərək 9 il aldığı həbs cəzasını çəkməyə başlayıb.

Alveş təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusunu hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 1 milyon avro girov qarşılığında azadlığa buraxıb.

Qeyd edək ki, Melo "Yuventus", "İnter" və "Qalatasaray" kimi klublardakı çıxışları ilə tanınıb.

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az