“Yuventus” da çıxış edən Kənan Yıldız uğurlu çıxışı ilə adından söz etdirməyə davam edir.
Publika.az xəbər verir ki, İtaliya klubu gənc istedadın bu uğuruna biganə qalmayıb və yeni müqavilə üçün hərəkətə keçib.
“Gazzetta dello Sport”un xəbərinə görə, “Yuventus” Kənan Yıldıza yeni və uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. 18 yaşlı gənc istedadın təmsilçisi ilə danışıqlara başlanılıb. “Yuventus” rəsmiləri ötən çərşənbə axşamı “Sassuolo” ilə matçda Kənan Yıldızın meneceri ilə qısa görüş keçirib. Bu görüş rəsmi təşəbbüs olmasa da, yaxın aylar üçün rəsmi addımların atılması nəzərdə tutulur.
“Yuventus”un Kenan Yıldıza 2028 və ya 2029-cu ilə qədər qüvvədə olan uzunmüddətli müqavilə təklif edəcəyi gözlənilir. 2027-ci ilin yayına kimi müqaviləsi olan milli futbolçu bu təklifi qəbul edərsə, maaşının xeyli artırılması nəzərdə tutulur.