06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Yunayted” onunla yeni müqavilə imzalayacaq: Maaşını azaltmağa razı olsa

03 yan 2025 20:00
İDMAN
ads

“Mançester Yunayted” müdafiəçi Harri Maquayrla müqaviləni uzatmaq üzərində işləyir.

QÜTB.AZ xəbər verir ki, lakin danışıqlar prosesində problemlər yaşanır. Bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 31 yaşlı ingilis mankunianlarla anlaşmasının bitməsinə 6 ay qaldığı üçün artıq digər klublarla danışıqlar apara bilər.

“Qırmızı şeytanlar” isə sözləşmənin bir il müddətinə uzadılmasını istəyir. Futbolçunun yüksək maaşı – həftədə 190 min funt-sterlinq alması müzakirələrə ciddi problem yaradır.

“Yunayted” isə futbolçunu itirmək istəmir. Klub onunla yeni, lakin daha az məvaciblə müqavilə bağlamağa çalışır.

Harri Maquayr 2019-cu ilin yayında “Mançester Yunayted”ə keçib. Mankunianlar onun transferi üçün “Lester”ə 87 milyon avro ödəyib. Bununla da o, futbol tarixinin ən bahalı müdafiəçisi olub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur