Lənkəranda yeniyetmənin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəqliyyat vasitəsi, Gərmətük kənd sakini 12 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin 13-cü mikrorayon ərazisində avtomobil yolu keçən 75 yaşlı şirin orucovu vurub. Nəticədə ağır xəsarət alan kişi hadisə yerində ölüb. Onun meyiti müayinə oliunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az