Bu gün yenilənən UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.
QÜTB.AZ xəbər verir ki, Liqa mərhələsi adlananacaq yeni formatda bir sıra dəyişikliklər var. Turnir tarixində ilk dəfə olaraq 36 komanda mübarizə aparacaq. Hər komanda dörd səbətin hər birindən iki fərqli rəqibə qarşı iki oyun keçirəcək.
Monakoda keçiriləcək püşkatma məırasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Çempionlar Liqası 2024-ün ümumi mərhələsinin bütün iştirakçıları:
1-ci səbət: "Mançester Siti", "Liverpul" (hər ikisi İngiltərə), "Bayern", "Borussiya Dortmund", "Leypsiq" (hamısı Almaniya), "Real", "Barselona" (hər ikisi İspaniya), PSJ (Fransa), "İnter" (İtaliya);
2-ci səbət: "Bayer Leverkuzen" (Almaniya), "Atletiko" (İspaniya), "Atalanta", "Yuventus", "Milan" (hamısı İtaliya), "Benfika" (Portuqaliya), "Arsenal" (İngiltərə), "Brügge" (Belçika), "Şaxtyor" (Ukrayna);
3-cü səbət: "Feyenoord", PSV (hər ikisi Niderland), "Sportinq" (Portuqaliya), "Dinamo Zaqreb" (Xorvatiya), "Zalsburq" (Avstriya), "Lill" (Fransa), "Srvena Zvezda" (Serbiya), "Yanq Boyz" (İsveçrə), "Seltik" (Şotlandiya);
4-cü səbət: "Slovan Bratislava" (Slovakiya), "Monako", "Brest" (hər ikisi Fransa), "Sparta" (Çexiya), "Aston Villa" (İngiltərə), "Boloniya" (İtaliya), "Jirona" (İspaniya), "Ştutqart" (Almaniya), "Şturm" (Avstriya).
Qutb