"Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.
Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
İtaliyalı mütəxəssisin işindən uzaqlaşdırılması ilə bağlı bu gün səhər klub tərəfindən məlumatlandırıldığı qeyd edilib.
Cennaro Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi. Komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.
Qeyd edək ki, Qattuzo daha əvvəl çalışdığı "Milan", "Napoli" və "Valensiya"dan da qovulub.
Heybət