Sürixdə keçirilən dünya çempionatında yeniyetmələrin şosse yarışı zamanı yıxılaraq xəsarət alan velosipedçi Muriel Furrer xəstəxanada dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) rəsmi saytı məlumat yayı.
Hadisə sentyabrın 26-da baş verib. 18 yaşlı qadın idmançı ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hazırda faciənin baş vermə şəraiti araşdırılır.