İsrailin maliyyə naziri Smotriç Qəzzadakı israilli məhbusların ailələrinə müraciət edib.
Publika.az xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Qəzza zolağındakı israilli məhbusların ailələrinə bütün məhbusları sağ-salamat qaytaracağına söz verə bilməyəcəyini deyib.
“İsrail Hayom” qəzetinin məlumatına görə, Smotriç bazar ertəsi İsrail parlamentində məhbusların ailələri ilə görüşüb.
Smotriç Qəzzada əsirlərin geri qaytarılmasının çətinliklərinə toxunub: “Sizə söz verə bilmərəm ki, qaçırılan insanların hamısını sağ-salamat evlərinə qaytaracağam. Lakin onların geri qaytarılması üçün əlimdən gələni edəcəyəm. İsrailin maraqlarını, təhlükəsizliyimizi və uzunmüddətli varlığımızı üçün hər şeyi edəcəyəm”.
Aysel Şahmar