29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Əli Əsədov daha iki qərar imzaladı

06 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə 10.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“10.1.1. şəxsin sosial xidmət müəssisələrini, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı;”.

xxx

Nazirlər Kabineti 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması üçün tələblər sərtləşdirilib. Belə ki, aparata xidmət göstərmək istəyən şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmaldır. Əvvəl hər iki halda tələb 1 vahid idi.

Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb.

Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində, sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur