28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

UEFA reytinqi: "Qarabağ" "Qalatasaray"ı ötdü

24 iyl 2024 07:00
İDMAN
ads
Advertisement

Klubların son 10 ildə avrokuboklardakı çıxışlarına əsasən UEFA reytinqi yenilənib.

Publika.az xəbər verir ki, “Qarabağ” cədvəldə bir pillə irəliləyib.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Linkoln”u səfərdə 2:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu cari mövsümdəki xal ehtiyatını 2,50-yə çatdırıb. Ağdam klubunun son 10 ildəki ümumi qazancı isə 52,500 əmsaldır. Təmsilçimiz bununla 52,000 əmsala malik Türkiyə çempionu “Qalatasaray”ı geridə qoyaraq, 62-ci pilləyə yüksəlib. Qurban Qurbanovun yetirmələri Təl-Əviv “Makkabi”si (İsrail) ilə eyni yeri bölüşdürür.

Reytinqdə yer alan Azərbaycanın digər klublarından “Neftçi” (11,750 xal) 223-cü pillədə qalıbsa, “Qəbələ” (10,500) 270-ci yerə düşüb. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Şamaxı”, “Səbail” və “Kəpəz” də geriləyiblər. Onlar 353-cü pilləni bölüşdürürlər.

554 klubun yer aldığı UEFA reytinqinə 259,000 əmsalla İspaniya nəhəngi “Real” başçılıq edir. “Bayern” (Almaniya – 250,000) ikinci, “Mançester Siti” (İngiltərə – 245,000) üçüncüdür.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur